çərşənbə axşamı, 30 aprel 2024

GÜLƏŞ

"Böyük dəbilqə"də 12 cüdo ustası ilə təmsil olunacağıq

19.10.2016 00:44 Oxundu 2127

Oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinin startı veriləcək. Üç gün davam edəcək və oktyabrın 30-da yekunlaşacaq yarışda 15 ölkədən 194 cüdoçu mübarizə aparacaq. Azərbaycan "Böyük dəbilqə" turnirində 12 tatami ustası ilə təmsil olunacaq. Milli komandamızın məşqçilər korpusu artıq onların adını açıqlayıb. Abu-Dabidə ölkənin idman şərəfini 60 kq çəki dərəcəsində Mehman Sadıqov və Oruc Vəlizadə, 66 kq-da İlqar Muşkiyev və Vüqar Şirinli, 73 kq çəkidə Rio olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov, 81-də Fəqan Quluzadə, Elvin Əhmədli və Ruslan Fərruxzadə, 90 kq çəkidə Məmmədəli Mehdiyev və Firudin Dadaşov, nəhayət, çəkisi 100 kq olan Elxan Məmmədov və Cəlil Şükürov qoruyacaq.