19.10.2016 08:59
1918
1918
Oktyabrın 22-23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Əməkdar bədən tərbiyəsi və idman xadimi Məhbub Səadətxanın xatirəsinə həsr olunmuş reqbi üzrə açıq Bakı turniri keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçiriləcək turnirdə Rusiyadan 2, Gürcüstandan 3 olmaqla 8 kollektiv birincilik uğrunda mübarizə aparacaq.