bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

PAOK Bakıya gəldi

19.10.2016 14:48 Oxundu 1735

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq PAOK klubu artıq Bakıdadı. Heydər Əliyev adına beynəlxalq hava limanında rəqib komanda sürprizlə qarşılaşıb. Belə ki, Bakının bir qrup yunan sakini aeroporta, PAOK-un futbolçularının görüşünə gedib. Onlar əllərində Saloniki klubunun, eləcə də Azərbaycan bayrağı ilə oyunçuları qarşılayıblar.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – PAOK matçı saat 21:00-da start götürəcək.