1775
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan Konqresin növbəti – 82-ci iclası 2018-ci il dekabrın 2-3-də Bakıda keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, bu barədə qərar FIG-in Tokioda keçirilən 81-ci iclasında qəbul olunub.
FIG-in Bakıda keçiriləcək Konqresində bu quruma üzv olan federasiyaların nümayəndələri və şura üzvləri iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycan paytaxtı bu mötəbər tədbirlə yanaşı, 2017-ci ildə FIG-in Şura iclasına da ev sahibliyi edəcək.
Qeyd edek ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Tokioda keçirilən 81-ci Konqresində bu qurumun yeni prezidenti seçilib. Səsvermə prosesi yaponiyalı Morinari Vatanablenin qələbəsi ilə başa çatıb. Hazırda Yaponiya Gimnastika Birliyinin və FIG İcraiyyə Komitəsinin üzvü olan 57 yaşlı M.Vatanable səlahiyyətlərinin icrasına yanvarın 1-dən başlayacaq. Üzv federasiyaların yüzünün səsini əldə edən M.Vatanable FIG-in doqquzuncu prezidenti olacaq. FIG-in hazırkı prezidenti italiyalı Bruno Qrandidir.