1719
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq. Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Komandamız doğma meydanda qalib gələ bilsə, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcək. Üstəlik möveyini yaxşılaşdırmaq imkanı da var. Rəqib isə artıq Azərbaycan futbolu üçün tanışdı. Belə ki, ötən mövsüm digər təmsilçimiz “Qəbələ” ilə eyni qrupda mübarizə aparmış salonikililər o vaxt Bakıda və Yunanıstanda baş tutan oyunlarda 0:0 hesablı nəticəyə imza atmışdılar.
Çempionumuz bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas fiquru olan Rəşad Sadıqovun oynayıb-oynamayacağı hələ ki dəqiq bilinmir. Baş məşqçi Qurban Qurbanov oyun saatına qədər fikrini dəqiqləşdirəcək.
Avropa Liqası
Qrup mərhələsi, III tur
20 oktyabr
J qrupu
21:00. “Qarabağ” - PAOK (Yunanıstan)
Baş hakim: Alon Yefet
Baş hakimin köməkçiləri: Danni Krasikov, Nissan Davidi
Əlavə köməkçi hakimlər: Rua Reinşreyber, Ziv Adler
Dördüncü hakim: Kiril Balikin (hamısı İsrail)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ”: 13. İbrahim Şehiç (q), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev (q), 11. Mahir Mədətov, 17. Namik Ələskərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 71. Vüqar Nadirov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
PAOK: 71. Panagiotis Qlikos (q) (k), 3. Leo Matos, 4. Marin Leovac, 7. Mame Baba Tiam, 10. Calma Kampos, 15. Xose Angel Krespo, 16. Qyoko Cimirot, 24. Qarri Rodriges, 28. Yevgen Şaxov, 43. Fernando Varela, 87. Xose Kanyas
Ehtiyat oyunçular: 23. Zeliko Brkiç (q), 8. Çaris Çarisis, 13. Stelios Malezas, 14. Fakunda Pereyra, 20. Etimis Kuluris, 21. Dieqo Bisesvar, 70. Stelios Kitsiou
Baş məşqçi: Vladimir İviç
|
1 |
“Fiorentina” (İtaliya) |
2 |
1 |
1 |
0 |
5-1 |
4 |
|
2 |
PAOK (Yunanıstan) |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
|
3 |
“Slovan” (Çexiya) |
2 |
0 |
1 |
1 |
3-4 |
1 |
|
4 |
“Qarabağ” (Azərbaycan) |
2 |
0 |
1 |
1 |
3-7 |
1 |