bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"Qırmızı-qaralar" avtoqola üzüldüülər

21.10.2016 06:17 Oxundu 1527

Oktyabrın 20-də “Qəbələ” komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində üçüncü turun qarşılaşmasına çıxıb. “C” qrupunda mübarizə aparan təmsilçimiz səfər matçında “Joffrua Qişar” stadionunda Fransanın “Sent-Etyen” klubu ilə qarşılaşıb və rəqibinə minimal hesabla məğlub olub. Yeganə qolu “Qəbələ”nin futbolçusu Rikardinyo öz qapısından keçirib.

Görüşü Ali Palabıyıkın rəhbərliyi ilə türkiyəli hakimlər briqadası idarə edib. Ona Cem Satman və Əkrəm Kan kömək ediblər.

Avropa Liqası

Qrup mərhələsi, III tur

20 oktyabr

C qrupu

“Sent-Etyen” (Fransa) - “Qəbələ” - 1:0

Qol: Rikardinyo, 70 (öz qapısına)

Baş hakim: Ali Palabıyık

Baş hakimin köməkçiləri: Cem Satman, Əkrəm Kan

Dördüncü hakim: Ceyhun Sesigüzel

Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan

Dördüncü hakim: Ceyhun Sesigüzel (hamısı Türkiyə)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Yakob Erel (İsrail)

Sent-Etyen. “Joffrua Qişar” stadionu

“Sent-Etyen”: 30. Cesi Mulin (q), 2. Kevin Teofil Katrin, 9. Noaln Ru, 10. Usama Tannane, 11. Henri Saive, 12. Şeyx Mbengi, 14. Cordan Veretut, 17. Ole Selnaes, 19. Florentin Poqba, 22. Kevin Mone Pake, 24. Loik Perrin (k)

Ehtiyat oyunçular: 1. Antoni Maysonal (q), 5. Vinsent Payot, 7. Bryan Dabo, 23. Aleksandr Soderlund, 25. Kevin Malsuit, 27. Robert Beriç, 35. Arnaud Nordin

“Qəbələ”: 22. Dmitri Bezotosnı (q) (k), 3. Voyslav Stankoviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Flip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç (q), 8. Qismət Əliyev, 30. Petar Franyiç, 32. Rəşad Eyyubov, 39. Sadiq Quliyev, 44. Rafael Santos, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

1.

Anderlext

3

1

2

0

5:3

5

2.

Sent-Etyen

3

1

2

0

3:2

5

3.

Maynts

3

1

2

0

5:4

5

4.

Qəbələ

3

0

0

3

3:7

0