1832
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. AFFA-nın rəsmi saytının məlumatına görə, komandamızın baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsi üçün 19 nəfərə dəvət göndərib. O, birincilikdə Məhəmməd Can Tuncer, Şahan Akyüz, Onur Taha Takır, Mutlu Aksu Doğan (hamısı “Altınordu”, Türkiyə), Nicat Mehbalıyev (“İnter”), İzzət Muştaqov, Fərid Nadirov, Rüstəm Nuruyev, Vüsal Mustafayev, İdris İnqilablı, Məhəmməd Abbaslı, Kamran Quliyev (hamısı “Qəbələ”), Şakir Seyidov, Tahir Zeynalov (hər ikisi “Vətən”), Turan Vəlizadə (“Fənərbaxça”, Türkiyə), Fərid Mahmudov (“Neftçi”), Murad Mahmudov (“Leypziq”, Almaniya) və Xəqani Sadıxova “Qarabağ” güvənəcək. Qeyd edək ki, yığmamız seçmə mərhələdə oktyabrın 25-də İngiltərə, iki gün sonra Avstriya, oktyabrın 30-da isə Rumıniya komandası ilə qarşılaşacaq. Oyunlar Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.