21.10.2016 13:32
2033
2033
Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinin rəsmi talismanı açıqlanacaq. Mundialın talismanı olmağa qurd, pişik və pələng namizəddir. Talismanın qalibi Rusiyanın 1-ci kanalının canlı efirində “Veçerniy Urqant” verilişində Bakı vaxtı ilə saat 00:30-da məlum olacaq. Tədbirdə dünya çempionatlarının sabiq ulduzlarının iştirakı da gözlənilir.
Səsvermə sentyabrın 23-dən FİFA-nın rəsmi saytında və təşkilatın sosial şəbəkələrdəki səhifələrində start götürüb və Bakı vaxtı ilə cümə axşamı 21:18-də başa çatıb.