bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Messi III turun ən yaxşısı oldu

21.10.2016 14:24 Oxundu 1862

Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin III turunun ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın rəsmi saytına görə, qurum azarkeşlər arasında sorğu keçirib. UEFA-nın turun ən yaxşı oyunçusu adına namizədləri Lionel Messi (“Barselona”), Riyad Mahrez (“Lester”), Məsut Özil (“Arsenal”), Anxel di Mariya (PSJ), Yannik Karrasko (“Atletiko”), Pyerr-Emerik Obameyanq (“Borussiya”, Dortmund), Canluici Buffon (“Yuventus”) və Samir Nəsri (“Sevilya”) olub. Əksəriyyət “Mançester Siti” ilə qarşılaşmada 3 qol və 1 məhsuldar ötürmə ilə “Barselona”nın böyükhesablı qələbəsinin (4:0) memarı olan Messini ən yaxşı hesab edib. Nəticədə argentinalı 38% səslə hamını qabaqlayıb. Leo cari mövsümdə ikinci dəfə ÇL-də turun oyunçusu seçilir. Səsvermədə ikinci yeri tutan Riyad Mahrez 20%, üçüncü pillənin sahibi Pyerr-Emerik Obameyanq isə 15% səs toplayıb.