bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Dani Kintana həftənin ən yaxşısı seçilib

22.10.2016 10:59 Oxundu 1717

"Qarabağ"ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsində həftənin ən yaxşı futbolçusunu seçilib. UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda 69 faiz səs toplayan ispaniyalı yarımmüdafiəçimiz bütün rəqiblərini qabaqlayıb. O, Kevin Monne Poke ("Sent-Etyen", 8 faiz), Viktor İbarbo ("Panatinaykos", 8 faiz), Pol Poqba (“Mançester Yunayted", 7 faiz), Raul Rusesku ("Osmanlıspor", 4 faiz), Antonio Kandreva ("İnter", 2 faiz), Yevgeni Konoplyanka ("Şalke", 2 faiz) və Nikola Kaliniçi ("Fiorentina", 1 faiz) böyük səs çoxluğu ilə geridə qoyub.

Xatırladaq ki, “Qarabağ” – PAOK (2:0) oyununda Kintana ilk qolun müəllifi olub.