bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Triatlonçumuz dördüncü oldu

22.10.2016 16:23 Oxundu 1905

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Koreya Respublikasında keçirilən dünya kuboku yarışında dördüncü yeri tutub. İdmançımız 74 triatlonçunun mübarizə apardığı yarışı 53 dəqiqə 40 saniyəlik nəticə ilə başa vurub. Eyni göstərici ilə amerikalı Mettyu Makkelroy və rusiyalı Vladimir Turbayevski müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Hər iki idmançı Azərbaycan təmsilçisini bir neçə mikrosaniyəlik fərqlə qabaqlayıb.

Dünya kuboku yarışının qalibi ispaniyalı Uksio Abuina Aresa olub.