bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

“Həmişə “İnter” ilə oyunumuz çətin alınıb"

22.10.2016 22:22 Oxundu 1766

Topaz Premyer Liqasının IX turunda Gəncə şəhər stadionunda “İnter”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını başa vurub. “Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına matçla bağlı açıqlama verib: “Həmişə “İnter” ilə oyunumuz çətin alınıb. Rəqib yüksək səviyyəli futbolçulardan qurulmuş heyətə malikdir. Onlara qarşı oynamaq hamı üçün çətindir. Liderlərdən uzaqlaşmamaq üçün sabahkı oyunda uğur qazanmalıyıq. Oyunun mahiyyəti bəllidir. Mən deyərdim ki, bizim üçün 6 xallıq oyun olacaq. Çox çalışmalıyıq, heyətlə də bağlı problemlərimiz var. Əsas heyətin üç üzvü oynamayacaq. Heyəti kasad olan komanda üçün böyük itkidir. Əvəzedicilərdən üç oyunçu dəvət edəcəyik. Amma bu amil bizim üçün səbəb olmamalıdır”.