şənbə, 02 may 2026

DÜNYA FUTBOLU

Marçello Lippi Çinə qayıdır

23.10.2016 10:48 Oxundu 1665

İtaliya milli komandasının sabiq baş məqçisi Marçello Lippi Çin yığmasını çalışdıracaq. 69 yaşlı mütəxəssis yeni vəzifəsində ilinə 20 milyon avro qazanacaq.

Qeyd edək ki, Lippi "Quançjou Everqrand" klubunun baş məşqçisi kimi 3 dəfə Çin Liqasının çempionu olub. Onun rəhbərlik etdiyi klub 2013-cü ildə Asiya Çempionlar Liqasının kubokuna da yiyələnib.