24.10.2016 07:16
1652
İngiltərə Premyer Liqasının IX turunda mərkəzi görüş "Çelsi" və "Mançester Yunayted" komandaları arasında keçirilib. Londondakı "Stemford Bric" stadionunda baş tutmuş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 19-a çatdıran "zadəganlar" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. "Mançester Yunayted" isə 14 xalla 7-cidir. Görüşü daha da maraqlı edən amil "qırmızı şeytanlar"ın hazırkı baş məşqçisi Joze Mourinyonun keçmiş komandası ilə qarşıdurması olub.
İngiltərə Premyer Liqası, IX tur
"Çelsi" - "Mançester Yunayted" - 4:0
Qollar: Pedro Rodriges, 1. Qeri Kehill, 21. Eden Azar, 62. Nqolo Kante, 70