çərşənbə axşamı, 30 aprel 2024

ŞAHMAT

Şəhriyar Məmmədyarov birinci oldu

24.10.2016 12:29 Oxundu 2015

Özbəkistan Mədəniyyət və İdman İşləri Nazirliyinin ölkənin Şahmat Federasiyası ilə birgə böyük sərkərdə Əmir Teymurun 680 illiyi ilə bağlı Daşkənddə keçirdiyi sürətli şahmat üzrə beynəlxalq turnir başa çatıb.

Yarışda Şəhriyar Məmmədyarov (Azərbaycan), Rüstəm Qasımcanov (Özbəkistan), Boris Qelfand (İsrail) və Ruslan Panamaryov (Ukrayna) kimi tanınmış qrossmeysterlər iştirak edib.

Beynəlxalq turnirin yekunlarına görə Şəhriyar Məmmədyarov səkkiz xalla birinci, Boris Qelfand 6 xalla ikinci, Rüstəm Qasımcanov isə beş xalla üçüncü yeri tutub.

Turnir çərçivəsində qrossmeysterlər gənc şahmatçılar üçün ustad dərsləri də keçiblər.