bazar ertəsi, 19 yanvar 2026

GÜLƏŞ

1 qızıl və 2 bürünc medala sahib olublar

24.10.2016 12:31 Oxundu 2472

Dağıstanda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının mükafatçısı Yusup Abdusalamovun adına təşkil edilən sərbəst güləş üzrə VII açıq Respublika turniri keçirilib. Turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olublar.

74 kiloqram çəki dərəcəsində mübarizə aparan “Rio-2016”nın bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Həlledici görüşdə o, yerli idmançı Hacı Nəbiyevi üstələyib.

Bürünc medalları Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazanıblar. Mahir Əmiraslanov (57 kq) isə beşinci olub.