1884
"Atletico Madrid"in müdafiəçisi Filipe Luis ötən mövsüm "Barcelona" ilə oyundan sonra ayağında Luis Suarezin butslarının izini çəkib sosial şəbəkədə paylaşmışdı. Uruqvaylı hücumçu futbolun "kişi idmanı olduğu" cavabını vermişdi. goal.az xəbər verir ki, braziliyalı müdafiəçi həmkarına qarşı kin saxlamadığını bildirib.
"Məni çoxdandır tanıyırsız. Nə düşünürəmsə, onu deyirəm. Əslində olmadığım kimi davrana bilmirəm. Həmin vaxt hisslərimi ifadə etmişdim. Bəziləri bunun düzgün olmadığını düşündü, bəziləri isə əksinə dəstək verdi. Bu məsələ keçmişdə qaldı. Suarez heyran olduğum futbolçudur. O, dünyanın ən yaxşı hücumçularından biridir. Suarezə qarşı oynamaq çox çətindir. Meydanda anlaşılmazlıqlar olur. Amma meydandan kənarda, hava limanında görüşsək, problemsiz onunla danışaram. Həyatda dostluq davam edir. Oyunda mübahisələr həmişə olur. Hər kəs komandasının qələbəsinə kömək etməyə çalışır. Bəzən konfliktlər meydana gəlir. Amma kənarda dostluq edirik".