29.10.2016 20:20
1977
1977
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “Corsican Sircuit” turnirində iştirakını başa vurub. Şahmatçımız nakaut sistemi ilə keçirilən rapid turnirə 1/8 finaldan start verib.O, əvvəlcə Boqdan Daniel Deaka qalib gəlib. 1/4 finalda isə Rəcəbovun rəqibi Aleksandr Moissenko olub. Təmsilçimiz bu dəfə də qələbəyə sevinib və yarımfinala yüksəlib. Bu mərhələdə isə dünya çempionu Vişvanatan Anandla qarşılaşan Teymur 0.5:1.5 hesabı ilə məğlub olaraq, turnirlə finalın bir addımlığında vidalaşıb.
Qeyd edək ki, finalda Anandın rəqibi Maksim Laqrave olacaq.