bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Ortababların duelləri

30.10.2016 08:12 Oxundu 1895

Bu gün Topaz Premyer Liqasında X tura yekun vurulacaq. İkinci oyun günündə ortababların duelləri baş tutacaq. İlk olaraq 4-cü yer uğrunda mübarizə aparan “Kəpəz”lə “Zirə” münasibətlərinə aydınlıq gətirəcəklər. İlk dövrədə rəqibinə uduzan bakılılar məğlubiyyətin əvəzini çıxmağa, qərblilər isə mövqeyini qorumağa çalışacaq. Son turlarda uduzmayan rəqiblərin dueli hər iki komanda üçün önəm kəsb edir.

Lakin bu matçın nəticəsi “Sumqayıt” üçün də az maraq doğurmur. Çünki bu oyundakı heç-heçə “Gənclik şəhəri” təmsilçisinin onlara şərik olmasına imkan yarada bilər. Bunun üçün “İnter”lə görüşən Samir Abasovun yetirmələri 3 matçlıq qələbə həsrətinə son qoymalıdı. Paytaxt təmsilçisi liderlərdən uzaq düşməmək üçün 3 heç-heçədən ibarət seriyasını qırmalıdı. 10 matçdı yenilməyən “bankirlər” 4-cü yerlə xal fərqinin azalmaması üçün də turu itkisiz keçməlidi.

Topaz Premyer Liqası

X tur

30 oktyabr (bazar)

14:00. “Zirə” – “Kəpəz”
I dövrədəki oyun: 0:2
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu


16:00. “İnter” – “Sumqayıt”
I dövrədəki oyun: 2:1
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”

Turnir cədvəli

1

Qəbələ

10

7

3

0

26-4

24

2

Qarabağ

10

7

1

2

21-5

22

3

İnter

9

4

5

0

13-8

17

4

Kəpəz

9

2

5

2

7-8

11

5

Zirə

9

3

2

4

8-10

11

6

Sumqayıt

9

2

3

4

8-14

9

7

Neftçi

10

2

0

8

7-24

6

8

AZAL

10

0

3

7

4-21

3

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7