2009
Ötən mövsümdə “Napoli”nin şərəfini qoruyan Qonzalo İquain bu dəfə “Yuventus”un heyətində keçmiş komandasına qarşı meydana çıxdiğından bu oyuna maraq çox böyük idi. Komandaların turnir cədvəlində qonşu olması intriqanı bir qədədr də artırırdı. Bu vəziyyət rəqibləri maksimum ehtiyatlı olmağa məcbur edirdi. Elə bu səbəbdən də birinci hissədə darıxdırıcı oyunun şahidi olduq. Fasilədən sonra tərəflər sürətli oyunu tərcih etməyə başladılar. “Qoca senyora” daha fəal görünürdü. Bunun nəticəsində meydan sahibləri 50-ci dəqiqədə hesabda irəli çıxdılar. Amma onların sevinci uzun sürmədi. Cəmi 4 dəqiqə sonra napolilələr hesabda tarazlığı bərpa etdilər. Buraxılan qoldan sonra turinlilərin oyununda təlaş hiss olunmağa başladı. Rəqib bi təlaşdan istifadə etməyə çalışsa da uğur əldə edə bilmədi. “Yuventus” təıdricən özünə gəldi.
71-ci dəqiqədə hər iki komandanın azarkeşlərinin diqqət mərkəzində olan İquain oyun ərzində əlinə düşən yeganə imkandan məharətlə istifadə edərək keçmiş komandasını cəzalandırdış Doğrudur, o bu qolu nümayıkaranə şəkildə qeyd etmədi. Amma bu, çətin ki, “Napoli” azarkeşlərinin ona bəslədiyi nifrəti azaltsin.
Qeyd edək ki, bu oyunda "Napoli" müdafiəçiləri İquanə qarşı sanki xüsusi tapşırıqla oynayırdılar. Ona göz açmağa imkan vermirdilər. Lakin argentinalı hücumçu ikinci hissənin ortalarında öz sözünü dedi və yeni komandasına qələbə gətirən qolu vurdu.