1975
Bir zamanlar Avropa Liqasının qrup mərhələsində çıxış edən “Neftçi” indi Azərbaycan Primyer Liqasının adsayderlər qrupunda öz “mövqeni” möhkəmləndirməkdə davam edir. Hətta çempionatın ikinci dövrəsində “uğurlara” imza atır. Belə ki, ilk dövrədə “Qəbələ”yə 0:8 hesabı ilə məğlub olan “Flaqman” ikinci dövrədə rəqib meydançada öz qapısından cəmi dörd top buraxmaqla yanaşı özü də bir qol vurub. İlk dövrədə “Qarabağ”a 0:3 hesabı ilə uduzan “Neftçı”, ikinci dövrənin analoji qarşılaşmasında 0:2 hesabı ilə məğlub olub. Görünür, komandanın Müşahidə Şurası ikinci dövrədə “inkişaf etməyə” başlayıb. Güman etmək olar ki, komanda birinci dövrədə minamal hesabla məğlub olduğu komandalarla ikinci dövrədəki oyunlarda heç-heçələrə nail ola biləcək.