bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

“Neftçi” çıxış yolu axtarır

30.10.2016 14:26 Oxundu 2062

"Neftçi” PFK-nın məşqçilər korpusu əsas komandanın 5 üzvünün əvəzedici heyətə göndərilməsi haqqında qərar qəbul edib. Bunlar – qapıçı Krşevan Santini, müdafiəçilər – Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyradır. Buna səbəb bu futbolçuların son oyunlarda uğursuz çıxış etməsidir. Bu barədə klubun rəsmi saytı xəbər verir.

Bundan başqa rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə də xitam verilib.

Klubun icraçı direktoru Orxan Hüseynzadə verdiyi açıqlamada bildirib ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub: "Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.