bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

XI turun oyun cədvəli açıqlanıb

31.10.2016 18:40 Oxundu 1824

Topaz Premyer Liqasında XI turun oyun cədvəli açıqlanıb. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi keçiriləcək tur iki gün davam edəcək. İlk oyun Gəncədə baş tutacaq. Burada “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Turun digər 3 oyunu Bakıda keçiriləcək və ötən mövsümün mükafatçıları “Zirə”yılə “Qarabağ” arasında matçla tamamlanacaq.

Qeyd edək ki, turun bütün oyunları CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Toapz Premyer Liqası

XI tur

5 noyabr (şənbə)

14:30. “Kəpəz” - “Sumqayıt”

Gəncə şəhər stadionu

17:00. “Neftçi” - “İnter”

8-ci km qəsəbə stadionu

6 noyabr (bazar)

14:00. AZAL – “Qəbələ”

“AZAL Arena”

16:00. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu