bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

FİFA referimiz Kipr – Cəbəllütariq matçında ədaləti qoruyacaq

01.11.2016 07:34 Oxundu 1711

Əliyar Ağayevin DÇ-2018-in seçmə mərhələsində hansı oyuna təyinat aldığı dəqiqləşib. FİFA referimiz noyabrın 13-də keçiriləcək Kipr – Cəbəllütariq matçında ədaləti qoruyacaq. Onun DÇ-2018-in hansısa seçmə mərhələ oyununa təyinat alacağı öncədən bilinirdi. Artıq təyinat dəqiqləşib və UEFA-dan bu barədə AFFA-ya rəsmi məktub gəlib. Qurum bu barədə açıqlama verməsə də, özəl mənbələrdən Kipr – Cəbəllütariq matçının həmyerlimizə tapşırıldığını öyrənmişik. H qrupunun autsayderlərinin görüşü noyabrın 13-ü, saat 21:00-da start götürəcək. Bu komandalar hazırda yer aldıqları qrupda xal toplaya bilməyiblər.