bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"İnter" və "Kəpəz" cəzalandırıldı

01.11.2016 12:00 Oxundu 1824

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının X turunun “Zirə” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 70-ci dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının X turunun “İnter” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “İnter” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunur (maddə 50).

I Divizionun VIII turunun “Bakılı” – “Mil-Muğan” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 80-cı dəqiqəsində “Mil-Muğan” klubunun 11 №-li futbolçusu Samir Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).

Oyunun 87-ci dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Tofiq Mikayılov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun VIII turunun “Şərurspor” – “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun VIII turunun “Şəmkir” – MOİK matçının 37-ci dəqiqəsində MOİK klubunun 88 №-li futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).