bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Çempionlar Liqasının qrup mərhələsində VI tura yekun vurulur

02.11.2016 06:54 Oxundu 1631

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində VI tura yekun vurulacaq. İkinci oyun günündə E, F, G və H qruplarında matçlar baş tutacaq.

E qrupunda “Monako” MOİK-i, “Tottenhem” “Bayer”i qəbul edəcək. Hər iki oyunda qonaqlar məğlub olacaqları təqdirdə, işlərini bir qədər də çətinləşdirəcəklər. F qrupunda “Borussiya” “Sportinq”i qəbul edəcək. Almaniya klubu qələbə qazanacağı halda, 1/8-ə vəsiqəni vaxtından əvvəl təmin edəcək. “Real” isə səfərdə “Legiya”nı sınağa çəkəcək. Bu komandaların ilk görüşündə “kral klubu” asan qələbə qazanmışdı. Madrid təmsilçisi də növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl qazana bilər. Bunun üçün həm özü, həm də “Borussiya” qələbə qazanmalıdı.

G qrupunda “Lester” “Kopenhagen”in, “Brügge” isə “Porto”nun qonağı olacaq. Bu görüşlərdə “Lester” qələbə qazansa və digər qarşılaşmada “Brügge” “Porto”ya yenilməsə, İngiltərə çempionu 1/8 final arzusunu vaxtından əvvəl reallaşdıracaq.

İkinci oyun gününün maraqlı görüşlərindən biri də Turində baş tutacaq. “Yuventus” Fransada çətinliklə üstələdiyi “Lion”a öz meydanında da qalib gəlmək niyyətindədi. “Qoca sinyora” bu istəyini həyata keçirə bilsə, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl reallaşdıracaq. Eyni sözləri Zaqreb “Dinamo”sunu qəbul edəcək “Sevilya”ya da aid etmək olar. İspaniya klubu xorvatlara qalib gəlməklə, 1/8 arzusunu vaxtından əvvəl gerçəkləşdirə bilər.

UEFA Çempionlar Liqası, qrup mərhələsi

IV tur

2 noyabr

E qrupu

23:45. “Monako” (Fransa) – MOİK (Moskva, Rusiya)

23:45. “Tottenhem” (İngiltərə) – “Bayer” (Almaniya)

1.

Monako

3

1

2

0

4-3

5

2.

Tottenhem

3

1

1

1

2-2

4

3.

Bayer

3

0

3

0

3-3

3

4.

MOİK

3

0

2

1

3-4

2

F qrupu

23:45. “Borussiya” (Dortmund) – “Sportinq” (Portuqaliya)

23:45. “Legiya” (Polşa) – “Real” (Madrid, İspaniya)

1.

Borussiya D.

3

2

1

0

10-3

7

2.

Real M.

3

2

1

0

9-4

7

3.

Sportinq

3

1

0

2

4-4

3

4.

Legiya

3

0

0

3

1-13

0

G qrupu

23:45. “Kopenhagen” (Danimarka) – “Lester” (İngiltərə)

23:45. “Porto” (Portuqaliya) – “Brügge” (Belçika)

1.

Lester

3

3

0

0

5-0

9

2.

Kopenhagen

3

1

1

1

5-2

4

3.

Porto

3

1

1

1

3-3

4

4.

Brügge

3

0

0

3

1-9

0

H qrupu

23:45. “Sevilya” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

23:45. “Yuventus” (İtaliya) – “Lion” (Fransa)

1.

Yuventus

3

2

1

0

5-0

7

2.

Sevilya

3

2

1

0

2-0

7

3.

Lion

3

1

0

2

3-2

3

4.

Dinamo Z.

3

0

0

3

0-8

0