bazar ertəsi, 19 yanvar 2026

BOKS

Qadın boksçularımız döyüşə hazırlaşırlar

02.11.2016 12:13 Oxundu 5387

Noyabrın 14-də Bolqarıstanın Sofiya şəhərində qadınlar arasında boks üzrə Avropa çempionatına start veriləcək.Yarışa hazırlığı davam etdirən milli komandamız təlim-məşq prosesini Azərbaycan Boks Federasiyasında yekunlaşdırmaq üzrədir.

Elbrus Rzayevin rəhbərliyi altında komandamız yarışa Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyeva (60 kq), Məryəm Cəbrayılova (64 kq), Şəhla Allahverdiyeva (75 kq), Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (81 kq-dan yuxarı) ilə hazırlaşır.

Milli komandamız təlim-məşq toplanışının bir hissəsini Bolqarıstanda davam etdirəcək.