bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

London, Roma, Bakı, Buxarest, Qlazqo, Münhen, Kopenhagen

02.11.2016 12:16 Oxundu 1651

AVRO-2020-nin ev sahibi olan daha bir şəhər yarışın loqosunu təqdim edib. London, Roma, Bakı, Buxarest, Qlazqo və Münhenin ardından Kopenhagendə də təqdimat mərasimi keçirilib. Qitə çempionatlarının 60 illiyi ilə əlaqədar 13 ölkədə təşkil olunacaq yarışın ev sahiblərindən olan Danimarka paytaxtının loqosundan ciddi şəkildə fərqlənməyib. Belə ki, digər rəmzlərdəki kimi bu dəfə də qitə ölkələri arasında əlaqəni təcəssüm etdirən körpü loqonun əsas elementi olub. Məşhur Dairəvi körpü – Cirkelbroenin əks olunduğu rəmzdə Avropa çempionuna təqdim olunan kubok da əksini tapıb.

Qeyd edək ki, AVRO-2020 iyun-iyul aylarında keçiriləcək.