bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"Hədəfimiz məğlub olmamaqdır"

03.11.2016 05:06 Oxundu 1876

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" Yunanıstanda PAOK-un qonağı olacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: "Rəqib baş məşqçinin fikirlərini oxudum, qalib gəlmək istəyirlər. Amma bu matçdan sonra 2 qarşılaşma da var. Yaxşı oyun göstərməliyik. Qalib gəlmək istəyirik. Oyunun gedişatında hər şey ola bilər. Ümumi götürsək, əsas hədəfimiz məğlub olmamaqdı. Rəqib Bakıda görüyümüz komandadır. Sadəcə, ev matçlarında daha fərqli, aqressiv olacaqları şübhəsizdir. Bizi nə qədər müdafiədə oynamağa məcbur etsələr, o qədər müdafiə olunacağıq. Bununla belə hücum qurub, topa sahib olmağa çalışacağıq. PAOK çox sıx oynayan komandadı. Hücumlar qurmalıyıq. Matçın əvvəlindəki təzyiqdən çıxmağa çalışacağıq.

Futbolçu çoxlu azarkeş qarşısında oynamaqdan həzz almalıdı. Sadəcə, rəqib meydanındakı azarkeşlər ev komandasını daha istəkli edir. Bizim azarkeşlər də burda olacaq, onlara da inanıram. Azarkeş səsini yox, oyun haqda düşünəcəyik".

Komandamızın müdafiəçisi Ansi Aqolli də oyun haqda fikirlərini bildirib:

"Əlbəttə, çətin oyun olacaq. Artıq rəqiblə bir oyuna çıxmışıq. Güclü azarkeş dəstəyi olacaq. Hamı belə atmosferdə oynamaq istəyər. Xüsusi bir tapşırıq yoxdu. Maksim də, mən də ancaq komandaya kömək etmək barədə düşünürük. Məşqçimizin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışacağıq".