bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

IV turunun simvolik komandasını müəyyənləşdirib

03.11.2016 16:39 Oxundu 1905

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunun simvolik komandasını müəyyənləşdirib. Məlumatına görə, heyət dünən və srağagün keçirilən matçlara əsasən formalaşdırılıb. Qitə futbol qurumu təxmini “11-lik” seçərkən 5-2-3 taktiki sxemindən yararlanıb. Maraqlıdı ki, yalnız “Sevilya” heyətdə 2 futbolçu ilə təmsil olunub. Yarımmüdafiə xətti isə Almaniya millisinin Türkiyə əsilli oyunçularından təşkil edilib.

Simvolik heyət belədi:

Qapıçı: Ederson (“Benfika”)

Müdafiəçilər: Conatan Kafu (“Ludoqorets”), Tomas Menye (PSJ), Mariano Ferreyra, Serxio Eskudero (hər ikisi “Sevilya”), Aleks Telleş (“Porto”)

Yarımmüdafiəçilər: İlkay Gündoğan (“Mançester Siti”), Məsut Özil (“Arsenal”)

Hücumçular: Radamel Falkao (“Monako”), Antuan Qrizman (“Atletiko”), Robert Levandovski (“Bavariya”)