bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Fransızlar yenə qalib gəlməyi bacardılar

03.11.2016 23:11 Oxundu 1831

"Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb. Roman Qriqorçukun yetirmələri IV tur çərçivəsində "Sent-Etyen”i qəbul ediblər. İki həftə əvvəl səfərdə minimal hesabla məğlub olduğu rəqibi ilə bu dəfə doğma meydanda üz-üzə gələn “qırmızı-qaralar” azarkeşləri önündə qrup mərhələsində ilk qələbə sevincini yaşaya bilməyib. Oyuna qonaqlar fəal başlayıblar. Fransızlar ilk 20 dəqiqədə bir neçə epizodda hesabı açmağa yaxın olsalar da, son anda dəqiqlik çatmayıb. Hesabı ilə "Qəbələ" açıb. Ruslan Qurbanov 39-cu dəqiqədə qapı ağzında yaranmış qarışıqlıqdan məharətlə istifadə edib.Bununla belə hissənin tamamına saniyələr qalmış rəqib hesabı bərabərləşdirib. Uzaq məsafədən gələn güclü zərbə Bezotosnı üçün qarşısıalınmaz olub. Rəqibin cavab qoluna qədər isə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk hakimlə mübahisəyə qədər texniki zonaya yollanmışdı. İkinci hissədə daha bir dəfə fərqlənən fransızlar yekunda qalib gəlməyi bacarıblar.

Qeyd edək ki, bu məğlubiyyətlə təmsilçimiz növbəti tura yüksəlmək şansını rəsmən itirdi. Çünki “Sent-Etyen”lə yanaşı “Anderlext” də turu qələbə ilə başa vurub. Almaniya “Maynts”ını 6:1 hesabı ilə yenən belçikalılar da Fransa klubu kimi xalını 8-ə çatdırıb. Bu iki komanda “qırmızı-qaralar” üçün əlçatmaz olduğundan təmsilçimiz üçün son iki tur formal xarakter daşıyacaq. Əgər Belçika və Almaniya klubları arasında matç heç-heçə bitsəydi, komandamız məğlubiyyətlə də nəzəri şanslarını itirməyəcəkdi.

Avropa Liqası

IV tur

3 noyabr

C qrupu

“Qəbələ” – “Sent-Etyen” (Fransa) - 1:2

Qollar: Ruslan Qurbanov, 39 - Tannane, 45+1, Beriç, 53

Baş hakim: Karlos Del Serro Qrande

Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez

Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido

Dördüncü hakim: Abraham Alvarez Kanton (hamısı İspaniya)

Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)

UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)

Bakı. 8-ci km qəsəbə stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı (q), 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyyubov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç (q), 4. Elvin Camalov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 13. Murad Musayev, 30. Petar Franyiç, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: Roman Qriqorçuk

“Sent-Etyen”: 16. Stefan Rufye (q), 10. Ussama Tannane, 11. Henri Sayvet, 12. Şeyx Mbenqu, 14. Cordan Veretut, 17. Ole Selnaes, 19. Florentin Poqba, 22. Kevin Mone Pake, 24. Loik Perrin (k), 25. Kevin Malsuit, 27. Robert Beriç

Ehtiyat oyunçular: 30. Cessi Mulin (q), 2. Kevin Teofil Katrin, 4. Leo Lakro, 5. Vinsent Pajot, 9. Nolan Ru, 23. Aleksandr Soderlund, 35. Arnaud Nordin

Baş məşqçi: Kristof Qaltye

1.

Anderlext

4

2

2

0

11:4

8

2.

Sent-Etyen

4

2

2

0

5:3

8

3.

Maynts

4

1

2

1

6:10

5

4.

Qəbələ

4

0

0

4

4:9

0