2162
Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Qrup mərhələsinin IV turunda Ağdam təmsilçisi səfərdə Yunanıstanın “PAOK” komandası ilə qarşılaşıb.
Şotlandiyalı baş hakim Con Bitonun idarə etdiyi oyunda “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Rahid Əmirquliyev, Riçard Almeyda, Muarem Muarem, Dani Kintana və Dino Ndlovu yer alıblar.
“PAOK”un ilk on birliyində isə meydana Panayotis Qlikos, Leo Matos, Marin Leovats, Yannis Mistakidis, Fernandu Varela, Qoyko Tsimirot, Dieqo Bisesvar, Harri Rodriqes, Qiorqos Tsavellas, Xose Kanayas və Stefanos Atanasiadis çıxıblar.
Salonikidəki “Tumba” stadionunda keçirilən oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. “Qarabağ” futbolçuları rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, ilk hissədə hesab açılmayıb.
İkinci hissəyə daha fəal başlayan “Qarabağ” görüşün 69-cu dəqiqəsində istəyinə çatıb. Miçel topu qapının uzaq küncünə vuraraq hesabı açıb. Qoldan sonra daha da fəallaşan “Atlılar” rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaratsalar da, hesab dəyişməyib. Beləliklə, görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ” doğma meydanda Çexiyanın “Slovan” klubu ilə 2:2 hesablı heç-heçə edib. Komandamız İtaliyada “Fiorentina”ya 1:5 hesabı ilə məğlub olsa da, Bakıda “PAOK”u iki cavabsız qolla məğlub edib.
“J” qrupunun digər görüşü İtaliyanın “Fiorentina” və Çexiyanın “Slovan” komandaları arasında baş tutub. Rəqibini 3:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi 10 xalla qrupda liderliyini davam etdirir. Hesabında 7 xal olan “Qarabağ” ikinci, “PAOK” isə 4 xalla üçüncü pillədə qərarlaşıb. “Slovan” 1 xalla sonuncu – dördüncü yerdədir.
Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində növbəti oyununu noyabrın 24-də səfərdə “Slovan”a qarşı keçirəcək.
Avropa Liqası
IV tur
3 noyabr
J qrupu
PAOK (Yunanıstan) – “Qarabağ” - 0:1
Qol: Miçel, 69
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater
Əlavə köməkçi hakimlər: Steven Maklin, Donald Robertson
Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Ceferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Saloniki. “Tumba” stadionu
PAOK: 71. Qlikos, 3. Leo Matos, 4. Marin Leovak, 16. Qoyko Smirot, 21. Dieqo Bisesvar, 24. Qari Rodriges, 27. Ciannis Mistakidis, 31. Giorgios Tsavellas, 33. Stefanos Atahanadianis, 43. Fernando Varela, 87. Xose Kanyas
Ehtiyat oyunçular: 23. Jeliko Brkiç, 7. Mame Baba Tiam, 8. Çaris Çarisis, 13. Stelios Melazes, 14. Fakundo Pereyra, 28. Yevgen Şakov, 70. Stelios Kitisiu
Baş məşqçi: Vladimirİviç
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 20. Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana
Ehtiyat oyunçular: 12. Şahruddin Muhammedeliyev, 8. Miçel, 9. Reynaldo, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
|
1. |
Fiorentina |
4 |
3 |
1 |
0 |
11:2 |
10 |
|
2. |
Qarabağ |
4 |
2 |
1 |
1 |
6:7 |
7 |
|
3. |
PAOK |
4 |
1 |
1 |
2 |
2:4 |
4 |
|
4. |
Slovan |
4 |
0 |
1 |
3 |
4:10 |
1 |