bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Rəşad Sadıqov...seçildi

04.11.2016 10:46 Oxundu 1913

UEFA Avropa Liqasının IV turunun oyunlarının ən yaxşılarını açıqlayıb. Fərqlənənlər sırasında Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da yer alıb.

Belə ki, müdafiəçi Yunanıstanın Saloniki şəhərində keçirilən PAOK - “Qarabağ” görüşünün ən yaxşısı seçilib.

Digər təmsilçimiz “Qəbələ”nin “Sent-Etyen”lə (Fransa) qarşılaşmasında rəqib futbolçu adından söz etdirib. Komandasının bərabərlik qolunu vuran Ussama Tannan Bakıdan ən yaxşı kimi qayıdıb.

Qeyd edək ki, “Qarabağ” 1:0 hesabı ilə qalib gəldiyi halda, “Qəbələ” 1:2 hesabı ilə uduzub.