3027
Güləş üzrə Azərbaycan millilərinin baş məşqçi postunda dəyişikliklər edilib, əsas komandalarımızın çalışdırıcıları istefaya göndərilib. Belə ki, 2012-ci London Yay Olimpiya Oyunlarından sonra yunan-Roma üzrə güləş komandamıza gətirilən Cəmşid Xeyrabadi millimizdən kənarlaşdırılıb. Onun vəzifəsini müvəqqəti icra etmək Akif Əliyevə tapşırılıb. Sərbəst güləş üzrə yığmamızda da Saypulla Absaidovla yollar ayrılıb. Növbəti dəfə vəzifəsi əlindən alınan dağıstanlı çalışdırıcı fəaliyyətini gənclər komandamızda böyük məşqçi kimi davam etdirəcək. Onu əsas yığmada müvəqqəti də olsa Firdovsi Umudov əvəzləyəcək.Qərara əsasən, yalnız qadınlardan ibarət komandamızın baş məşqçisi Semyon Şterevlə müqavilə uzadılıb.Bütün bunlara pəhləvanlarımızın Rio Yay Olimpiya Oyunlarında zəif çıxışı səbəb olub. Belə ki, 4 illiyin ən möhtəşəm yarışında 18 mümkün çəki dərəcəsindən 14-də iştirak edən güləşçilərimiz çempionluğa həsrət qalmışdılar.Qeyd edək ki, aşağı yaş qrupları üzrə milli komandalarımızın da məşqçilər korpusu dəqiqləşib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin imzaladığı əmrə əsasən yığma komandaların məşqçilər korpusunda edilən dəyişikliklər və formalaşan yeni heyət aşağıdakı kimidir:
| Yunan-Roma güləşi Böyüklər Baş məşqçi əvəzi - Akif Əliyev Böyük məşqçi - İlqar Abdulov Məşqçi - Nurəddin Rəcəbov Gənclər Böyük məşqçi - Şaban Donat Məşqçi - Zöhrab Abbasov Məşqçi - Turac Hüseynli Yeniyetmələr Böyük məşqçi - Bəhram Mürvətov Məşqçi - İslam Cəfərov Məşqçi - Fuad Alıyev Kiçik yaşlı yeniyetmələr Böyük məşqçi - Əfsər Namazəliyev Məşqçi - Rasim Ağayev |
Sərbəst güləş Böyüklər Baş məşqçi əvəzi - Firdovsi Umudov Böyük məşqçi - Zəlimxan Hüseynov Məşqçi - Arif Abdullayev Məşqçi - Sadruddin Ayqubov Gənclər Böyük məşqçi - Saypulla Absaidov Məşqçi - Rövşən Hacıyev Yeniyetmələr Böyük məşqçi - Əsgərxan Novruzov Məşqçi - Vahid Məmmədov Məşqçi - Yaşar Əliyev Kiçik yaşlı yeniyetmələr Məşqçi - Mehman Nəcəfov Məşqçi - Elşad Allahverdiyev |
Qadın güləşi Böyüklər Baş məşqçi - Semyon Çterev Böyük məşqçi - Aslan Ağayev Məşqçi - Rövşən Umudov Gənclər və Yeniyetmələr Böyük məşqçi - Nazim Əlicanov Məşqçi - Həsrət Məmmədyarov Məşqçi - İsaməddin Hüseynov |