bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Mundialda ölkəmizi onlar təmsil edəcəklər

05.11.2016 11:57 Oxundu 1975

Noyabrın 9-14-də Bolqarıstanın paytaxtı Sofiyada sambo üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan Sambo Federasiyasından (ASF) bildiriblər ki, mundialda ölkəmizin idman şərəfini Ağasif Səmədov (52 kq), Fərid Yusifov (57 kq), Yusif Nəbiyev (62 kq), Emil Həsənov (68 kq), Amil Qasımov (74 kq), Vüqar Bayramov (82 kq), Murad Rəcəbli (90 kq) və Nizami Məmmədov (100 kq) qoruyacaqlar.

Yığmamız yarışda ASF-nin prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.

Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edəcək.