bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

“Neftçi” “bankirlər”dən 3 xal aldı

05.11.2016 21:47 Oxundu 1670

Bu gün Topaz Premyer Liqasında XI tura start verilib. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq iki həftəlik fasilə öncəsi baş tutacaq turun ilk günündə 2 qarşılaşma baş tutub.Günün ilk oyunu Gəncədə keçirilib. Turnir cədvəlinin orta pillələrində qərarlaşan “Kəpəz”lə “Sumqayıt” üz-üzə gəlib. Son turlarda qələbə nə olduğunu bilməyən komandaların oyununda qol qeydə alınmayıb. Qolsuz bərabərliklə “Kəpəz” ardıcıl 3-cü, sumqayıtlılar isə 5-ci dəfə qələbəyə həsrət qalıb.

Günün ikinci qarşılaşması Bakıda keçirilib. Liderlər qrupunda yer alan “İnter” paytaxt derbisində “Neftçi”nin qonağı olub. Son üç turda xal həsrətində olan “ağ-qaralar” gözlənilmədən iddialı rəqibini məğlub edib. İlk yarıda qolun vurulmadığı matçın taleyi fasilədən sonra həll olunub.İkinci hissənin əvvəlində vurulan 2 qol “Neftçi”yə qələbə qazandırıb. “İnter” son dəqiqədə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib. Mövsümdə 3-cü dəfə 3 xal qazanan bakılılar autsayderlə xal fərqini artırsa da, mövqeyini yaxşılaşdıra bilməyib.

Bu, “İnter”in cari mövsümdə ilk məğlubiyyəti olub. 10 turda uduzmayan “bankirlər” seriyasını davam etdirə bilməyərək meydandan xalsız ayrılıb.

Qeyd edək ki, tura sabah keçiriləcək AZAL – “Qəbələ” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Topaz Premyer Liqası

XI tur

5 noyabr (şənbə)

“Neftçi” - “İnter” - 2:1
Qollar:
Jonas Pesalli, 53; Araz Abdullayev, 61 (p.) - Zurab Xizanişvili, 90

I dövrədəki oyun: 1:2
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu

“Neftçi”: 33. Boban Baykoviç, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov, 26. Kamal Qurbanov, 80. Edson Kastilyo, 90. Jonas Pesalli, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 19. Fəhmin Muradbəyli, 88. Orxan Qurbanlı, 23. Tərzin Cahangirov, 42. Elvin Sərkərov, 49. İbrahim Əliyev
Baş məşqçi: Elxan Abdullayev

“İnter”: 1. Səlahət Ağayev, 22. İlkin Qırtımov, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 33. Tərlan Quliyev, 24. Fuad Bayramov, 4. Slavik Alxasov, 15. Ruslan Abışov, 55. Ağabala Ramazanov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 2. Sərtan Taşqın, 98. Qara Qarayev, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 7. Mirsahib Abbasov
Baş məşqçi: Zaur Svanadze


“Kəpəz” - “Sumqayıt” - 0:0

I dövrədəki oyun: 1:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu

“Kəpəz”: 88. Tadas Simaitis, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 77. Serjinyo, 9. Tural Qürbətov, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 80. Tural Rzayev, 17. Nicat Qurbanov, 16. Emin Zamanov, 75. Yusif Cəfərov, 99. Əli Səmədov, 14. Fərid Məmmədov
Baş məşqçi: Şahin Diniyev

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 66. Afşin Esmaeilzadeh , 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednezhad, 74. Yusif Nəbiyev, 42. Kamran Abdullazadə
Baş məşqçi: Samir Abasov

Turnir cədvəli

1.

Qəbələ

10

7

3

0

26-4

24

2.

Qarabağ

10

7

1

2

21-5

22

3.

İnter

11

5

5

1

17-11

20

4.

Zirə

10

4

2

4

10-10

14

5.

Kəpəz

11

2

6

3

7-10

12

6.

Sumqayıt

11

2

4

5

9-17

10

7.

Neftçi

11

3

0

8

9-25

9

8.

AZAL

10

0

3

7

4-21

3

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7