1678
Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulacaq. Çempionatın liderləri və Avropa Liqasının qrupunda çıxış edən “Qarabağ”la “Qəbələ” turun son günündə qüvvələrini sınayacaq. Sonuncular turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini qorumaq üçün AZAL-la səfər matçından itkisiz ayrılmalıdı. 12 matçdı uduzmayan “qırmızı-qaralar” autsayderin 14 oyunluq qələbə həsrətini davam etdirməyə iddialıdı. Tərlan Əhmədovun yetirmələri doğma meydandakı sensasiya xal hesabını artırmaq istəyir. Son 3 mövsümün çempionu “Qarabağ” ötən mövsümün gümüş mükafatçısı “Zirə”nin qonağı olacaq. Ardıcıl 3 qələbə qazanan Qurban Qurbanovun yetirmələri mövqeyini qorumaq, mümkün olarsa, zirvəni ələ keçirmək üçün qalib gəlməlidi. Paytaxt təmsilçisi isə 4 oyunluq məğlubiyyətsizliyə davam etmək üçün mübarizə aparacaq. Adil Şükürovun yetirmələri qərarlaşdığı 4-cü pilləni əldən verməmək üçün ən azı 1 xal qazanmalıdı.
Qeyd edək ki, bu turdan sonra yaranacaq fasilə noyabrın 19-da başa çatacaq.
Topaz Premyer Liqası
XI tur
6 noyabr (bazar)
14:00. AZAL – “Qəbələ”
I dövrədəki oyun: 0:3
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”
16:00. “Zirə” – “Qarabağ”
I dövrədəki oyun: 0:2
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu
Turnir cədvəli
|
1. |
Qəbələ |
10 |
7 |
3 |
0 |
26-4 |
24 |
|
2. |
Qarabağ |
10 |
7 |
1 |
2 |
21-5 |
22 |
|
3. |
İnter |
11 |
5 |
5 |
1 |
17-11 |
20 |
|
4. |
Zirə |
10 |
4 |
2 |
4 |
10-10 |
14 |
|
5. |
Kəpəz |
11 |
2 |
6 |
3 |
7-10 |
12 |
|
6. |
Sumqayıt |
11 |
2 |
4 |
5 |
9-17 |
10 |
|
7. |
Neftçi |
11 |
3 |
0 |
8 |
9-25 |
9 |
|
8. |
AZAL |
10 |
0 |
3 |
7 |
4-21 |
3 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7