bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Gecikmiş addım

06.11.2016 11:35 Oxundu 1710

"Neftçi" "İnterlə oyuna cəmi üç legionerlə çıxmışdı. İndiyə qədər isə flaqmanın heyətində adətən 5və ya 6 legioner olurdu. Legionerlər cari çempionatın 10 oyunundan 8-də meydançanı məğlub tərk etmişdilər. Dünən isə yerli futbolçularla "İnter"i məğlub etmək mümkün oldu. Əslində heyəti yerli futbolçulardan qurmaq gecikmiş addım kimi dəyərlindirilməlidir. Ona görə yox ki, yerli futbolçular qələbə qazandılar. Ən pis halda onlar da məğlub olacaqdılar. Ona görə ki, arxada qalan oyunlarda da yerli futbolçulardan istifadə olunsaydı, ən azı gənc futbolçular oyun praktikası toplaya bilərdilər. Biz legionerlərin əleyhinə deyilik. Amma əgər leginer yerli futbolçudan bir neçə baş üstün oynamırsa və və yerli futbolçulardan təşkil olunmuş komandalara qalib gələ bilmirsə, onun olmaması daha yaxşıdır.