bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Həmzəzadə birinci hissəni niyə qısaltdı?

06.11.2016 12:00 Oxundu 2455

"Neftçi"-"İnter" oyununun hakimi Rəvan Həmzəzadə birinci hissənin başa çatmasını bildirən fiti çalanda oyunun başlanmasından 44 dəqiqə 57 saniyə keçirdi. Adətən oyundakı vaxt itkisini kompensasiya etmək üçün hakimlər ya əsas vaxta bir neçə dəqiqə əlavə edirlər və ya düz 45 dəqiqənin tamamında final fiti çalırlar. Rəvan Həmzazadə isə oyunun vaxtını 3 saniyə qısaltmaqla meydançadakı komandalardan ən azı birinin imkanını əlindən aldı. Belə ki, 3 saniyə ərzinə top meydança boyu uça bilir. Deməli, bu üç saniyədə qol ola bilərdi. Hakimin vaxtı qısaltmaq səlahiyyəti varmı? Bu suala yəqin ki, hakimlər komitəsinin sədri Xaqani Məmmədov cavab verməlidir.