06.11.2016 18:48
1729
1729
Bu gün Premyer Liqanın XI turunda "Qarabağ" səfərdə "Zirə"ni 2:0 hesabıyla məğlub edib. Komandanın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:
"Futbolçularımı təbrik edirəm. Xarakter nümayiş etdirdilər. PAOK-la oyundan sonra köklənmək çətin idi. Futbolçular çox əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm. “Zirə” komandası bəlkə də, bu gün məğlubiyyətə layiq deyildi. Bizim üçün vacib qələbə qələbə idi. Düşünürəm ki, çempionatın ən vacib xallarından birini qazandıq".