bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Adil Şükürov: "2 səhv 2 qolla nəticələndi"

06.11.2016 18:52 Oxundu 1635

"Komandama təşəkkür edirəm. "Qarabağ” elə komandadır ki, hər bir kluba qarşı oynaya bilər". Bu fikirləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ"la oyunadn sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qarşılaşmada müdafiədə yol verdikləri 2 səhv 2 qolla nəticələnib: "Bu cür komandalarla oyunda belə xırda səhvlər matçın taleyini həll edir. Oyundan sonra paltardəyişmə otağında futbolçulara təşəkkür etdim. Nelson Bonilya artıq tarixdir. Komanda öz oyununu inkişaf etdirməyə çalışır. Öz üzərimizdə çalışırıq. Bu problemi də aradan qaldırmağa çalışacağıq".