1592
Dünyanın ən məşhur və zəngin boksçularından biri olan filippinli Menni Pakyao bu günədək kasıb insanlara 200 milyon dollar bağışladığını deyib. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu vəsait kasıblar üçün reallaşdırılan müxtəlif layihələr çərçivəsində təqdim edilib. Boksdan qazandığı pulların yarısının vəziyyəti yaxşı olmayan insanlara getdiyini deyən M. Pakyao qeyd edib ki, hər döyüşdən sonra gəlirimin yarısını bağışlayır: “Ancaq bunu açıqlamaq xoşuma gəlmir”. 21 ildir boskla məşğul olduğunu deyən 37 yaşlı idmançı kasıblara yardım etmək üçün boksla məşğul olmağa davam etmək məcbuiryyətində olduğunu vurğulayıb. M. Pakyao peşəkar karyerasında keçirdiyi 66 görüşün 58-də qalib gəlib, 6-da isə rinqi məğlub tərk edib.