07.11.2016 09:47
1812
1812
"Bursaspor"un futbolçusu Dəniz Yılmaz ilk dəfə millimizə çağırılması ilə bağlı fikirlərini bildirib. O, dəvətlə əlaqədar deyib: "Türkiyənin əsas millisində oynamaq nəsib olmadı. Artıq bütün diqqətimi Azərbaycana yönəldirəm. Azərbaycan millisində uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Oyunlarda sona kimi mübarizə aparacağam. Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq".
Qeyd edək ki, D.Yılmaz DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyun üçün ilk dəfə millimizə çağırılıb.