bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Üç hakimin qiymətləndirə bilmədiyi qayda pozunusu

07.11.2016 15:41 Oxundu 1829

"Neftçi"-"İnter" oyununda "bankirlərin" qapısını təyin olunan penaltini hamı birmənalı olaraq səhv qərar sayır. Telekameranın gözü ilə baxanda Xizanaşvilinin əli ilə oynadığı epizodun cərimə meydançasının kənarında baş verdiyi açıq-aydın görünür. Hakim səhv edib, bu aşkardır. Bəs, doğrudanmı həmin epizod bu qədər qaranlıq idi ki, üç hakım - baş hakim, qarpı arxasındakı köməkçi hakim və yan xətt hakimi həmin vəziyyəti görə bilmədi?

Əvvəlcə qeyd edək ki, epizodda cəmi iki futbolçu iştirak edirdi: hücum edən tərəfdən Cavid İmanverdiyev, müdafiə olunan tərəfdən isə Xizanaşvili. Baş hakim də epizoda hakim ola biləcək mövqedə idi. Amma o birbaşa penalti nöqtəsini göstərmədi. Yalnız qapı xəttində dayanan köməkçi hakim - FİFA referisi Rəhim Həsənovun təkidindən sonra qəti qərar verdi. Rəvan Həmzəzadənin ən böyük səhvi yan xətt hakimi ilə məsləhətləşməməsi oldu. Nədənsə, yan xətt hakimi Elman Musayev özü də qərara müdaxilə etmək, necə deyərlər, ağrımayan başına dəsmal bağlamaq istəmədi. Halbuki, yan xətt hakimi son müdafiəçi ilə eyni xətdə olduğundan epzodu ən düzgün o qiymətləndirə bilərdi. Məhz Xizanaşvili həmin anda sonuncu müdafiəçi idi. Görünür, Elman Musayev də həmn anı tuta bilməmişdi, yoxsa bu barədə Rəvan Həmzəzadəyə məlumat verərdi.

Beləliklə, adi bir vəziyyətdə üç hakim adi bir qayda pozuntusunu düzgün qiymətləndirə bilmədi.