bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Azərbaycan çempionatı başa çatıb

07.11.2016 16:30 Oxundu 2149

Bakıda keçirilən uşu-sanda üzrə Azərbaycan çempionatı başa çatıb. Uşu Federasiyasından verilən məlumata görə, müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışda ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.

Belə ki, 23-cü dəfə təşkil olunan çempionatda Orxan Hətəmov (48 kq), Səfəralı Məmmədrzayev (52 kq), Elçin Eminov (56 kq), Bayram Şəmmədov (60 kq), Rasim Kərimov (65 kq), Taleh İsayev (70 kq) və Məhəmməd Məlikyeqanlı (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarış 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının heyətini formalaşdırmaq xarakteri daşıyır.