07.11.2016 17:15
1677
1677
Premyer Liqanın XI turunda “Qarabağ”ın Zirə” üzərində qazandığı 2:0 hesablı qələbə baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Klubun rəsmi saytının verdiyi məlumata görə, bununla Qurban Qurbanov komandada 200-cü qələbəsini qeyd edib: "Bu qələbələrdən 151-i ölkə çempionatlarında, 27-si Avropa miqyaslı yarışlarda, 22-si isə ölkə kuboku uğrunda oyunlarda qazanılıb".
Qeyd edək ki, indiyə qədər Qurban Qurbanovun başçılığı altında 368 rəsmi qarşılaşmaya çıxan "Qarabağ" 200 oyunda qələbə qazanıb, 98 matçda heç-heçə edib, cəmi 70 qarşılaşmada məğlub olub.