bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Rauf Əliyev növbəti turda oynaya biləcək

07.11.2016 17:34 Oxundu 2285

Topaz Premyer Liqasının X turunda “Sumqayıt”la oyunda zədələnən “İnter”in hücumçusu Rauf Əliyevin durumuna aydınlıq gəlib. Zədə ucbatından milli komandanın Şimali İrlandiya ilə seçmə mərhələ matçı üçün heyətinə çağırılmayan forvardın vəziyyəti gözlənildiyi qədər ağır çıxmayıb. Əzələsi dartılan Rauf tezliklə məşqlərə başlaya biləcək. Həkimlər 27 yaşlı oyunçunun növbəti turda AZAL-la qarşılaşmaya yetişəcəyini bildiriblər.

Yüngül zədəsi olan gənc müdafiəçi Abbas Hüseynov isə artıq fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, “İnter” – AZAL görüşü noyabrın 20-də keçiriləcək.