bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

“Real" Ronaldo ilə müqavilənin müddətini artırdı

07.11.2016 19:25 Oxundu 1885

“Real Madrid” futbol klubu portuqaliyalı ulduz Kriştianu Ronaldo ilə müqavilənin müddətini 2021-ci ilədək artırıb. “Real Madrid”in saytına istinadlən bildirək ki, yeni müqaviləni “Santyaqo Bernabeu” stadionunda klubun prezidenti Florentino Perez ilə Kriştianu Ronaldo imzalayıblar.

Müqavilə 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.

Hazırda 31 yaşlı hücumçu həftədə 410 min avro qazanır. O, komandanın ən yüksək məvacibli futbolçusu hesab edilir.

Kriştianu Ronaldo kral klubuna 2009-cu ildə İngiltərənin “Mançester Yunayted” komandasından 80 milyon funt sterlinq dəyərində müqavilə əsasında transfer olunub.