08.11.2016 07:02
1786
1786
Millimizin DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçiriləcək oyununun hakimləri bəlli olub. Oyunu fransalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Kleman Torpen olacaq. Ona Nikola Danos və Kril Qrinor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Frenk Şneyder yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 11-də "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.