1930
İspaniya Milli Məhkəməsi hakimi Jose de la Mata 2013-ci ildə Braziliyanın "Santos" klubundan İspaniyanın "Barcelona" klubuna keçən Neymar da Silva Santos Juniorun transferi prosesində "korrupsiya və saxtakarlıq" edildiyi iddiasıyla cinayət işi açılmasını tələb edib.
Neymar'ın "Barcelona"ya transferində ikinci dəfə açılan istintaqı tamamlayan Jose de la Mata, "korrupsiya və saxtakarlıq" ittihamlarıyla Neymarı, onun menecerliyini edən atasını, "Barcelona" klubuna hazırda və braziliyalı oyunçunun transfer edildiyi dövrdə rəhbərlik edən Josep Maria Bartomeunu və Sandro Roselli, habelə "Barcelona" və "Santos" klublarının ittiham edib. İddianamədə Neymarın "Santos" klubu ilə müqaviləsi davam etdiyi halda 40 milyon avro qarşılığında gələcəkdə "Barcelona"ya transfer olmağı qəbul edən bir müqaviləni 2011-ci ildə imzaladığı və bununla "sərbəst bazar qaydalarının pozulduğu" öz əksini tapıb.
Həmçinin iddianamədə bildilir ki, "Barcelona"nın o vaxtkı prezidenti Sandro Rosell və onun köməkçisi Josep Maria Bartomeunun imzaladıqları razılaşmadan "Santos" klubunun, "Barselona"nın İdarə heyətinin və futbolçunun transferində 40 faiz paya sahib olan DIS adlı Braziliya şirkətinin xəbəri olmayıbı, bununla da "sui-istifadə və saxtakarlıq" edilib.
"Korrupsiya da yox, saxtakarlıq da"
"Barcelona" rəhbərliyi hakim Jose de la Mata'nın ittihamalarının "saxta" olduğunu və məhkəməyə etiraz məktubu yazaqlarını açıqlayıb. Klubun idarə heyəti spikeri Josep Vives deyib ki, burada nə korrupsiya, nə də saxtakarlıq edilb: "Burada olan tək şey var; o da bir futbolçunun "Barcelona"ya gəlmək istəməsi, klubun da bu istəyi qəbul etməsidir. Bu prosesdə şəffaflığı qorumuşuq. Məhkəmənin istədiyi bütün sənədləri verdik amma qəribə şeylər olur ".
Neymarın transferiylə əlaqədar iddiaların kökündə, bu futbolçunun transferində 40 faiz payı olan DIS adlı Braziliya şirkətin ittihamları yatır.
DIS 2015-ci ilin iyun ayında İspan məhkəməsinə edilən müraciətdə Neymarın transferindən ona yalnız 17,1 milyon avro ödəndiyi ifadə edilərək, transferin gerçək dəyərinin şirkətdən gizlədildiyi irəli sürülmüşdü.
Neymarın transferi ilə əlaqədar digər bir istintaqda isə "Barcelona" klubu maliyyə məsələsində iki anlaşılmazlıq olduğunu qəbul edərək 5,5 milyon avro cəza ödəmiş və istintaq xətm edilmişdi..